Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68362
az

Azərbaycanda bir dolları 20 min manata satırlar - Səbəb nədir?

08:5115 Aprel, 2022
3960
  • A
Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.
 
Sosial şəbəkələrdə, xüsusən "TikTok"da da bu cür elanlara rast gəlmək mümkündür..
 
Bəzi profillər vasitəsiylə paylaşımlar edilərək bir neçə il əvvəl tədavülə buraxılmış bir dolları 500, 1000, 2000 manata ala biləcəklərini qeyd edirlər.
 
Elan saytlarında isə müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.
 
İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın "Twitter"dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
 
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov da "Xəzər Xəbər"ə açıqlama verib. O deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.
 
Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər:
 
"Bir müddət sonra bu qiymətlə bağlı göstəricilər kəskin şəkildə dəyişəcək. Heç bir iqtisadi və maliyyə dəyəri olmayan bir prosesdir”.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO
112 yaşında öldü
Soğan gözümüzü niyə yaşardır?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin