Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68205
az

Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi - Yeni müharibə başlayır?

14:2912 Aprel, 2022
1977
DÜNYA
  • A

Finlandiya və İsveçin NATO-ya daxil olma ehtimalından sonra Rusiya ordusu yenidən hərəkətə keçib.
 
Sfera.az bildirir ki, prezident Vladimir Putinin göstərişi ilə Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirilib. Kremlin sözçüsü Dmitriy Peskov dünən Moskvada verdiyi açıqlamada, NATO-nun münaqişə aləti olduğunu vurğulayıb.

O, "NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq", - deyə qeyd edib.

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın NATO-ya daxil edilməsinə qarşı olduğunu bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq aprelin 7-də NATO Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında Ukrayna müharibəsinin aylarla, hətta illərlə davam edə biləcəyini, Finlandiya və İsveçin Alyansa qoşulmaq istəyəcəyi təqdirdə, bu tələbin tez bir zamanda yerinə yetiriləcəyini deyib.

Sözügedən ölkələr 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO-nun üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq
6 yaşlı qız yeganə qəribə genlə doğulub

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı