Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68167
az

ÖLƏN Qohumların Paltarlarını ATAQ, YANDIRAQ, Yoxsa GEYİNƏK?

22:3411 Aprel, 2022
635
REDAKTORUN SEÇİMİ
  • A

Xəstə, yaxud ölmüş bir adamın paltarını geyinmək bizim həyatımızı necə dəyişə bilər?
Uşaqlığımız bacı, qardaşımızın, yaxın qohumların paltarlarını geyinməklə keçib. Elə indi də, hansısa qəfil qonaqlıq, yaxud toy bayramlarda yenə yaxınlarımızın geyimlərindən istifadə edirik. Bəs xəstə və ölmüş yaxınlarınızın necə? Onların paltarlarını geyinmək barəsində heç düşünmüsünüz? Əgər elə bir fikriniz varsa, bu videomuza mütləq baxın. Bilmədiyiniz məqamlar var. 

Dünya şöhrətli rəssam Pablo Pikasso paltarlarını heç kimə verməzdi. O, hesab edirdi ki, kim ki onun paltarlarını geysə, o adamın vərdişləri rəssama ötürüləcək. Daha doğrusu, o, sərsəri və alkoqolik olmasından qorxurdu. Bəli, Pikasso çox batil bir adam idi...
Bionergetiklər iddia edir ki, başqalarının geyimlərini geyinmək təhlükəlidir. Əvvəllər alimlər belə şeylərin mənfi təsirini paltardakı infeksiyaların yeni sahibinin bədəninə bakteriya və virusların daxil olması ilə izah edirdi. Ta ki kvant fizikasını kəşf edənə qədər. Onun mahiyyəti isə belədir: əgər iki sistem ən azı bir dəfə kəsişərsə, bunun təsiri əbədi qalacaqdır.
Xəstə və ya ölmüş insanlara aid geyim və digər əşyalar sahibi haqqında məlumatı özündə saxlayır. Bu məlumatın yeni sahib üçün nə qədər zərərli olacağı bir çox amillərdən, o cümlədən psixoloji müdafiə səviyyəsindən, immunitet sistemindən, emosional reaksiyalardan və bir çox digər amillərdən asılıdır.
Vladimir Dahl və İvan Saxarovun əsərləri ağır xəstə və ya ölü insanlara aid paltar və əşyalarla əlaqəli bir çox ritualdan bəhs edir. Xəstə və ya mərhumla əlaqəli olan xəstəlikdən, uğursuzluqlardan və ya "lənətdən" qurtulmaq üçün qohumları onun bütün əşyalarını yolun kənarında qoyur və ya kimsəsizlərə paylayır. Yoldan keçən bir adam dayanıb onları götürürsə, bütün xəstəlikləri və uğursuzluqları özüylə aparacaq.
Maraqlıdır ki, fərqli mədəniyyətlər və inanc sistemləri insanları istifadə olunmuş əşyaların təhlükəsi barəsində eyni şəkildə xəbərdar edir. İnanclarda deyilir ki, əvvəllər bədbəxt və ya qeyri-sağlam birisinə aid olan əşyalar yeni sahibinə təsir edir.
Bundan başqa həkimlər də uşaqların başqalarının paltarlarını geyinməsinə qarşı çıxırlar. Bu, infeksiya mənbəyi ola bilər və bu cür paltarları güclü kimyəvi maddələrlə təmizləmək də sağlamlığınız üçün yaxşı deyil. Yeni bir şey almaq daha yaxşıdır.
Ailənin böyük uşaqlarının geyimləri adətən kiçiklərə qalır. Bu zaman eyni ailənin nümayəndələri oxşar mikrofloraya və enerjiyə malik olur. Yeri gəlmişkən, başqasının ayaqqabılarını geymək xüsusilə təhlükəli hesab olunur. O, yerə toxunur və iz buraxır. Yeni Qvineya sakinləri və rus kəndliləri bir vaxtlar "cığırdakı" magiyadan çox qorxurdular

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı qızı kişilərə 600 manata satan qadın tutuldu
Bakıda meyiti tapılan 109 yaşlı şəxs görün kim imiş
7 nəfər öldü - Azərbaycanda faciə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin