Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68063
az

Orucun niyyətini unutmaq

23:2009 Aprel, 2022
443
CƏMİYYƏT
  • A

Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?

Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa):

Orucu batil edən əməllər etməyibsə, niyyət etməlidir. Və orucu düzdür. Amma orucu batil edən əməllərdən birini edərsə, orucu batildir. Lakin (ramazan ayının hörmətinə xatir) şam azanına qədər batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra o günün qəzasını tutsun.

Təbrizi və Vəhid:

Orucu batil edən əməlləri etməyibsə, gərək niyyət edib oruc tutsun və vacib ehtiyata əsasən ramazan ayından sonra da həmin günü qəza etsin. Amma orucu batil edən əməllərdən birini etmiş olarsa, orucu batildir. Gərək ramazan ayının hörmətinə şam azanına qədər orucu batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra həmin günün qəzasını tutsun.

Sual 18: Əgər bir şəxs "hələ sübh azanı olmayıb" gümanı ilə yemək yeməyə məşğul olarsa və sonradan bilərsə ki, sübh azanının vaxtı keçmişdir, orucunun hökmü nədir?

Bütün müctəhidlərin rə`yi (Ayətullah Behcətdən başqa):

Əgər fəcrin tülusu haqda axtarış etmədən yemək yeməyə məşğul olarsa, orucu batildir və gərək onu qəza etsin.

Ayətullah Behcət:

Əgər fəcrin tülusunda axtarış aparmadan yemək yeməyə məşğul olarsa, vacib ehtiyata əsasən, orucu batildir və onun qəzasını tutmalıdır.

Qeyd: Belə ki, qeyd etdiyimiz şəxsin orucu batildir və onun məğribə qədər orucunu açmağa və onu batil edən əməllər etməyə haqqı yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin