"Mən bu qədər qırğından, insan ölümündən sonra daha ağlaya bilmirəm".
OXU24.COM report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.
"Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Yayılan kadrlar - ayaqsız, qolsuz uşaqların görüntüləri sadəcə dəhşətdir. Qurbanların taleyi bizə adi gələ bilməz", - o bildirib.
Zelenski "CBS News"a müsahibəsində isə baş verənlərə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib: "Rusiya Prezidenti Vladimir Putin hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Həmçinin onun əmrini icra edən, bu işdə əli olan hər kəs həmin siyahəya daxildir".
Oxu24.com
ŞƏRHLƏR