Sumqayıtda qardaş odlu silahla bacısını güllələyib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Belə ki, Mirzə Babazadə evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı Ramilə Məmmədovaya xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzə Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.
Ağır xəsarətlər alan Ramilə Məmmədova xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR