Prior Leasing
Kommersiya lizinq şöbəsinin müdiri
Son tarix 07 may 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
Cəmiyyətin filialları üzrə yaradılmış Deal-ların emal mərhələlərinə nəzarət etmək və hər hansı mərhələdə yaranan nöqsanları operativ şəkildə aradan qaldırmaq;
Memorandum mərhələsinə təqdim olunan Deal-lara ilkin baxış keçirmək və lazımi olduğu təqdirdə müvafiq dəyişiklərin icrasına nəzarət etmək;
Mikro və biznes kreditləri üzrə proseslərin blok sxemlərini hazırlamaq və bununla bağlı filiallara müvafiq təlimlər keçirmək;
Biznes müştərilərinə verilmiş kreditlərin monitorinqinin həyata keçirilməsinə nəzarət etmək;
Verilmiş kreditlər üzrə ödənişlərə və gecikdirən müştərilərə dair işin daxili qaydalara uyğun olaraq aparılmasına nəzarət etmək;
Mütəmadi lizinq prosesinin təkminləşməsinə dair təkliflər hazırlamaq, rərbərliyə təqdim etmək və müsbət rəy aldıqda tətbiq etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
Hesabatları vaxtında və dəqiq rəhbərliyə təqdim etmək
Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;
Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.
Namizədə dair tələblər:
Ali təhsil;
Bank sektorunda - 5 il iş təcrübəsi (mövcud sahədə);
Azərbaycan, Rus dili - əla səviyyədə
İdarəetmə bacarıqları – yüksək səviyyədə
MS Office proqramları ilə işləmək bacarığı
Problemləri həll etmək bacarığı;
İş şərtləri:
Ə/h – 2000-2500 azn
Ünvan: Çinar Park BM, Ə.Rəcəbli küç.
Maraqlanan namizədlər mövzu yerində “Kommersiya lizinq şöbəsinin müdiri” yazmaqla öz CV-ləri göndərə bilərlər.
ŞƏRHLƏR