Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67307
az

TƏCİLİ!  Ərdoğanla Bayden görüşür

10:0824 Mart, 2022
842
SİYASƏT
  • A

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

Oxu24.com  “Hürriyət”ə istinadən xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”
Ceyhun Bayramov Qətərə getdi
Konsulun vəzifələri artırıldı