Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67223
az

SON DƏQİQƏ! Putin əmr verdi: Öldürülsün!

21:3021 Mart, 2022
6632
SON DƏQİQƏ
  • A

Ukrayna kəşfiyyatı üç uğursuz sui-qəsd cəhdindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla 3 nəfərn öldürülməsinə şəxsən göstəriş verdiyini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, Ukraynanın iddiasına görə, sui-qəsdi həyata keçirəcək “Vaqner” qrupu ölkəyə daxil olub. Zelenski Ukrayna müharibəsinin ilk günündən bəri Rusiya prezidenti Vladimir Putinin bir nömrəli hədəfi olub.

Deyilənə görə, Putin onu devirməklə, ya da öldürməklə başqa şəxsi onun yerinə gətirmək istəyir. Ukrayna lideri Zelenski də bu iddiaları təsdiqləyərək, “Mən düşmənin bir nömrəli hədəfiyəm, ailəm isə ikinci hədəfdir”, deyib. Müharibənin ilk həftəsində Zelenskinin 3 müxtəlif sui-qəsd cəhdindən sağ çıxması dünya mediasında geniş işıqlandırılmışdı. İngiltərənin Teleqraf qəzetinin son iddiasına görə, Rusiya sui-qəsd planından əl çəkməyib. Ukrayna kəşfiyyatı Vaqner qrupunun sui-qəsdçilərinin Volodimir Zelenski və onun rəhbərlik komandasını öldürmək əmri ilə Ukraynaya daxil olduğunu açıqlayıb.

Təxminən 6000 üzvü olan qrup “Putinin şəxsi ordusu” kimi tanınır və daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia edilir. Amerika rəsmiləri “Vaqner”in son bir neçə gün ərzində Luqansk və Donetsk vilayətlərində döyüşlərdə iştirak etdiyini bildirib.

SON DƏQİQƏ! Rusiyanın yeni itkiləri açıqladı: ŞOK RƏQƏMLƏR

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rüfət Səfərov saxlanıldı
Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - Açıqlama
Sumqayıtdakı partlayışdan- Görüntülər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü