Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67197
az

Kadırovçular Ukraynadan Çeçenistana QAÇDILAR – ŞOK SƏBƏB

22:3420 Mart, 2022
1113
DÜNYA
  • A

Kadırovçular Ukraynada olduqları müddətdə yüzlərlə döyüşçünü itiriblər. Nəticədə martın 13-də onlar Qroznıya qayıdıblar.

Lent.az bildirir ki, bu barədə “Azadlıq” radiosu Ukrayna Təhlükəsizlik Xidmətinin əks kəşfiyyatındakı öz mənbələrinə istinadla məlumat yayıb.

Kəşfiyyatçılar Kiyev yaxınlığında peyda olan Rusiya Qvardiyasının çeçen bölmələrinin komandirlərinin adlarını açıqlayıb, həmçinin onların Rusiyanın Ukraynada başladığı müharibədə iştirakının təfərrüatlarını bildiriblər.

Kadırovçuların Ukraynada döyüşmələri haqda məlumat müharibənin ilk günlərindən yayılmağa başlayıb. Fevralın 26-da İnternetdə Çeçenistandan olan hərbçilərin Qostomeldəki hərbi hissənin binasına Rusiya bayrağını asdığı video yayılıb.

Ukrayna Silahlı Qüvvələri videonun həqiqiliyini etiraf edib, lakin bildirilib ki, Kadırovçular boş bölmənin ərazisinə daxil olublar - bunun üçün heç bir döyüş olmayıb.

Artıq fevralın 27-də məlum olub ki, Ukraynadakı müharibə zamanı Rusiya Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak olub.Bunu həmin alayın əsir düşən döyüşçüsü də təsdiqləyib.

Ukrayna Təhlükəsizlik Xidmətinin əks kəşfiyyatının məlumatına görə, fevralın 26-dan 28-nə qədər Kadırovun döyüşçülərinin itkisi bir neçə yüz nəfər olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi
İran Suriyaya qoşun göndərə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü