Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67153
az

SON DƏQİQƏ! Rusiyanın bu sayda generalı məhv edildi - ŞOK ADLAR

21:4119 Mart, 2022
639
SON DƏQİQƏ
  • A

Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.

Oxu24.com xəbər verir ki, Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.

Qeyd olunub ki, müharibənin üç həftəsi ərzində ukraynalı əsgərlər azı altı general daxil olmaqla Rusiya ordusunun 10-dan çox yüksək səviyyəli zabitini öldürüblər.

Siyahıya əsasən Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu Komandanının birinci müavini), general-mayor Andrey Kolesnikov (Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı), general-mayor Andrey Suxovetskiy (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini), general-mayor Oleq Mityayev (150-ci motoatıcı diviziyasının komandiri), general-leytenant Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı) zərərsizləşdirilib.

“Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiyada “Ukraynada xüsusi əməliyyat”ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb”, - Ukrayna Silahlı Qüvvələri əlavə edib.

Ukrayna Ordusu ÇEÇENLƏRİ TƏLƏYƏ SALDI-REAL DÖYÜŞ GÖRÜNTÜLƏRİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək