Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66932
az

Azərbaycanda dəhşət: Tələbələri maşın vurdu

07:3515 Mart, 2022
604
SON DƏQİQƏ
  • A

Lənkəranda avtomobil piyadaları vurub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. “VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək