"Miss Asia- 2015" titulunun sahibi olan azərbaycanlı Təhminə Səfəri Rusiyanın TNT telekanalında yayımlanan "Xolostyak" şousunda yer alıb.
OXU24.COM olay-a istinadən xəbər verir ki, məşhur şounun 9-cu mövsümünün formatına uyğun olaraq iki qəhrəman xanım iştirakçı ilə evlilik uğrunda mübarizə aparacaq.
Belə ki, 27 yaşlı iş adamı Aleksandr Qrankov və 26 yaşlı qazaxıstanlı bloqqer - model Dimaş Adilet Təhminə ilə münasibət üçün yarışırlar.
Hazırda saç stilisti işləyən və son vaxtlar DJ-lik fəaliyyəti ilə məşğul olan 30 yaşlı Təhminə Səfəri açıqlamasında maraqlı bir insanla tanış olmaq istədiyini qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR