Səudiyyə Ərəbistanında son onilliklərin ən böyük kütləvi edamını həyata keçirilib.
Redaktor.az xəbər verir ki, bu zaman 81 nəfərin başı kəsilib.
Məlumatda qeyd edilir ki, edam edilənlər müxtəlif cinayətlərdə, o cümlədən adam öldürməkdə, “Əl-Qaidə” və “İraq Şam İslam Dövləti” terror təşkilatlarına mənsub olmaqda, həmçinin “Ənsar Allah” hərəkatının (husilər) yəmənli üsyançılarına yardım etməkdə təqsirli biliniblər.
Martın 12-də edam edilən cinayətkarların sayı 1980-ci ildəki kütləvi edamı ötüb.
O zaman hakimiyyət 1979-cu ildə Məkkə şəhərindəki ən böyük məsciddə insanları girov götürən 63 silahlını edam edib (lent.az).
Oxu24.com
ŞƏRHLƏR