Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.
Oxu24.com-un məlumatına görə, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.
Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.
Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib.
Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.
Oxu24.com
ŞƏRHLƏR