Aparıcı Zemfira Adıgözəlova 20 ildən sonra ana olub.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, onun oğlu doğulub. Z.Adıgözəlova bunla bağlı paylaşım edib. O bildirib ki, oğlu Amin yanvarın 24-də dünyaya gəlib:
"Bu gün ad günümdür. Həmişə sizinlə dostlarımın, əzizlərimin təbriki və hədiyyələrini bölüşürdüm. Bu il Allahın mənə verdiyi, illərlə gözlədiyim hədiyyəni sizlə bölüşmək istədim".
Axşam.az-ın əldə etdiyi məlumata görə aparıcının əkiz övladları dünyaya gəlmişdi. Uşaqlar vaxtından tez doğulduğu üçün uzun müddət həkim nəzarətində qalıb. Əkizlərdən birinin qız olduğu deyilirdi. Körpələrdən yalnız birini xilas etmək olub.
Oxu24.com
ŞƏRHLƏR