Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.
“Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, - Le Maire qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR