Ötən gün Ukraynanın Xarkov şəhərində həlak olan 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun ailəsi onun nəşinin Azərbaycana gətirilməsini istəyir.
Hazırda bununla bağlı işlər görülür.
Küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülən Q.Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.
O, bu yaxınlarda Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Q.Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb.
Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Hazırda onun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.//Modern.az
Oxu24.com
ŞƏRHLƏR