Bu gün günorta saatlarında Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya işğalçı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib.
Oxu24.com xəbər verir ki, şəhərə daxil olmuş 30-a yaxın Rusiya döyüş texnikasından salamat qalanı yoxdur və onlar havadan, yaxud qurudan endirildiyi dəqiqləşməyən şiddətli zərbələrdən sadəcə olaraq metal yığınına çevriliblər.
Yerli sakinlərdən birinin döyüşdən sonra işğalçıları söyərək və lənətləyərək mobil telefonla çəkdiyi kadrlara əsasən şəhərə girən Rusiya qüvvələrindən geriyə ancaq bu mənzərə qalıb:
(Qeyd: videoda normativ olmayan leksikon var)
SON DƏQİQƏ! Rusiyanı çökdürəcək qərar qəbul edildi - Moskva şokda
Oxu24.com
ŞƏRHLƏR