Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66186
az

Rusiya neft sahəsində ağır zərbə aldı

22:3627 Fevral, 2022
368
İQTİSADİYYAT
  • A

Böyük Britaniyanın neft şirkəti BP Ukraynadakı müharibəyə görə Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"BP-nin Direktorlar Şurası bu gün şirkətin “Rosneft”dəki payını ləğv edəcəyini açıqladı. BP 2013-cü ildən “Rosneft”də 19,75% paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni “Rosneft” direktorlar şurasını dərhal tərk edir". “Rosneft”in digər direktoru, BP tərəfindən irəli sürülən, keçmiş baş icraçı direktor Bob Dadli də direktorlar şurasından istefa verir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar fonunda şirkət bundan sonra ehtiyatlarının həcmi, hasilatı və mənfəəti barədə “Rosneft”ə hesabat verməyəcək, həmçinin Rusiya şirkəti ilə digər birgə layihələrdən də imtina edəcək.

"Bir çoxları kimi, mən də Ukraynada baş verən situasiyadan çox sarsıldım və məyus oldum, ürəyim bütün zərərçəkənlərlədir. Bu, bizi BP-nin “Rosneft” ilə münasibətlərini əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcbur etdi. Əminəm ki, idarə heyətinin qəbul etdiyi qərarlar təkcə düzgün deyil, həm də BP-nin uzunmüddətli maraqlarına uyğundur. Bizim birinci prioritetimiz regiondakı gözəl insanlarımıza qayğı göstərməkdir və onlara dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz həmçinin BP-nin daha geniş humanitar səylərə töhfə verə biləcəyi yolları araşdırırıq", - Luni deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank-ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarıldı
Bu rayonlarda qaz olmayacaq
"Bu, daha çox ipoteka krediti götürmək imkanı deməkdir" - AÇIQLAMA

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb