Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə gərginlik yenidən artıb. Kreml və Ukraynanın mümkün danışıqlarla bağlı ziddiyyətli bəyanatlarından sonra Rusiyadan yeni açıqlama gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsindən sonra bütün qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Cümə günü orduya dayanma əmri verən Rusiya lideri Putin danışıqlardan heç bir nəticə vermədikdən sonra "total hücum" əmri verib.
Oxu24.com
ŞƏRHLƏR