Hazırda Xarkov şəhərinin mərkəzi intensiv bombalanır.
Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
S. Adgözəlli deyib ki, şəhərin mərkəz hissəsində yerləşən zavoda (XTZ adlanan) raket zərbəsi endirilib, zavodda yanğın başlayıb. Eyni zamanda şəhərin Moskva prospektində yanacaqdoldurma məntəqəsi, o cümlədən şəhər avtovağzalı da raket zərbəsinə məruz qalıb:
"Artıq Xarkov şəhəri demək olar ki, Rusiya qoşunları tərəfindən tam mühasirəyə alınıb. Rusiya qoşunları Rostov istiqamətindən Xarkov şəhərinə doğru hərəkət edir. Bununla da son istiqamətdə də şəhərdən çıxış bağlanıb.
Hələ ki, Rusiya qoşunları şəhərə daxil olmayıb, ancaq artıq hər an bu addımın atılması gözlənilir".
Oxu24.com
ŞƏRHLƏR