Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65763
az

Rusiyaya böyük zərbə: Bu qərar Rusiyanı bitirə bilər

22:0822 Fevral, 2022
2032
  • A

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Borrel Almaniyanın “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını alqışlayıb.

Ali komissar qeyd edib ki, Avropa İttifaqı Rusiyanı danışıqlar masasına qaytarmaq üçün, xüsusən də BMT və ATƏT-də diplomatik səylərini davam etdirəcək.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Bakıda DƏHŞƏT! Tanınmış şəxsin başını və cinsi oqanını kəsərək qətlə yetirdilər!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ -Pilotlar TƏSDİQLƏDİLƏR
Ronaldinyo da Bakıya gəldi - Foto
Litva Belarusla gömrük razılaşmasını ləğv edib

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü