Bakı metrosunda ölüm hadisəsi baş verib.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.
Orada elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev iş otağında yıxılıb. Başından xəsarət alan elektrik xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR