Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6551
az

Bakıda şirkətdə yanğın, çilingər öldü

17:2629 Oktyabr, 2018
1039
KRİMİNAL
  • A
 Bakıda iş yerində yanıq xəsarəti alan şəxs ölüb.

Oxu24.com-un məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Ekol Mühəndislik xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləyən 21.07.1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu iş yerində yanıq xəsarəti alıb.

Adəm Mustafayev QSC-nin inzibati ərazisindəki sexdə quraşdırılmış motorxanada təmir işləri apararkən motorun kamerasında anidən başlayan yanğın zamanı yanıq xəsarətləri alıb.

Xəstə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Lakin aldığı xəsarətlərdən orada dünyasın dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu