Yevlax rayonunun Salahlı kəndində fərdi yaşayış evində yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar Yevlax rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib.
Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.
Hazırda faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Oxu24.com
ŞƏRHLƏR