Şir - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın əldə olunması ilə bağlı cəhdlər pis alınmayacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin. Danışıqlarda mövqelərinizdən geri çəkilməyin.
Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.
Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməkdən çəkinməyin. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar mühiti yaradın. Qayğıkeş, səmimi olun.
Axşam saatlarında gəzintiyə yollanın.
Buğa - səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz.
Məkrli planın, avantüranın qurbanına çevrilməyin.
Əkizlər - intellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.
Hadisələrin ən uğursuz məcrasına hazır olun.
Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.
Sabaha indidən hazırlaşın.
Xərçəng - ticari və maliyyə əməliyyatları üçün münasib zamandır. Yaradıcılıqla məşğulsunuzsa, işlərinizdə irəliləyişlər olacaq. İşlərinizdə müəyyən çətinliklər yarananda geri çəkilməyin. Problemlərin səbəblərini araşdırın.
Əhvalınızı yaxşılaşdırmaq üçün evinizə, ailənizə gərəkli fəaliyyətlə məşğul olmaqla yanaşı, maraqlı ideyalardan birini reallaşdırmağa başlayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemi həll etmək üçün yaxınlarınızın köməyinə ehtiyacınız var. Maraqlandığınız insanda özünüzlə bağlı xoş təəssürat oyatmağa çalışın.
Onu hədiyyə ilə sevindirin.
Axşam saatlarında gəzintiyə yollanın.
Şir - günün ilk yarısında müəyyən planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Situasiyanın indiki formatında maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər. Diqqətli olun, yaranan imkanları dəyərləndirin.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.
Axşam saatlarında normal istirahət edin.
Qız - yeni layihəyə və ya işə başlamaq üçün yaxşı zaman deyil. Cari məsələlərin həlli ilə məşğul olun, yarımçıq işləri tamamlayın. Emosional fon rəvan deyil. Əhvalınızı yaxşılaşdırmaq üçün autotreninqdən istifadə edə bilərsiniz. Meditasiya da pis olmaz.
Günün ikinci yarısında intuisiyanız sizi darda qoymayacaq.
Ailə üzvləri və qohumlarla ünsiyyət xoş məqamlar bəxş edəcək. Axşam saatlarına yaxın tənhalığa, tək qalmağa can atacaqsınız. Yeni romantik tanışlıq cəhdlərini avantüraya çevirməyin.
Tərəzi - kollektiv fəaliyyət daha ciddi nailiyyətlər vəd edir. Korporativ maraqları qulaqardına vurmayın. Əhvalınız korlanmasın. Bədbinliyə qapılmayın. Alış-verişdə nə isə almaqla kefinizin kökələcəyinə ümid etməyin.
Aldığınız malda qüsur tapılacaq.
Günün ikinci yarısında soyuqqanlı davranışı laqeydlik həddinə çatdırmayın. Ailə üzvləri və yaxınlarınızla qaba danışmayın.
Axşam saatları yeni romantik macəra üçün yaxşı vaxtdır.
Əqrəb - ictimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın.
Günün ikinci yarısında fəaliyyət arealını nizama salın.
Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin.
İnsanların gur olduqları toplantılardan yayının.
Oxatan - yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Ən ağır problemlərin öhdəsindən gələ bilərsiniz. Həllini çoxdan bəri tələb edən məsələni çözməyə başlayın. Kiçik və mənasız detalların həllinə çox vaxt ayırmayın. Uğurlarınızı etiraf edəcəklər.
Əlavə gəlir, mübahisədə üstünlük istisna deyil.
Uzaqdan gəlmiş insanlarla günün ikinci yarısında normal əlaqələr qura bilərsiniz.
Ailədə ənənəvi dəyərləri qoruyun. Ciddi, sərt, amma ədalətli olun. Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Oğlaq - səhər saatlarından etibarən həddən artıq intensiv tempdə çalışmayın. Cari məsələlərin həllində, rutin işlərin çözülməsində səbrli olun. İstirahət və əyləncə fikirlərini təxirə salın.
Maliyyə məsələlərinin həlli üçün o qədər də münasib vaxt deyil.
Günün ikinci yarısında tənqidlərə və iradlara ifrat aqressiv reaksiya verməyin. Perspektivsiz, mənasız əlaqələrdən və təmaslardan qurtulun. İntiuisiyanız sayəsində yeni tanış olduğunuz insanların kim olduqlarını anlaya bilərsiniz.
Dolça - günün ilk yarısında müsbət təmayüllərin təsiri artır. İnzibati məsələlər, hüquqi problemlərin həllində diqqətli davranın. Başlayacağınız layihələrin yaxşı potensialı var.
Günün ikinci yarısında yaxınlarınızın qeydinə qalın. Onların tələb və istəklərini anlamağa çalışın. Laqeydlik etməyin, qayğıkeş insan olun. Yaxınlarınızla təmaslarda maliyyə məsələlərini müzakirə etməyin. Belə məqamlar dartışma və ya münaqişə yarada bilər.
Axşam saatlarında sayıq davranın ki, dəyər verdiyiniz insanlarda mənfi reaksiya yaranmasın.
Balıqlar - səhiyyə və təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır. Qəfil yaranan problemlər sizdə ciddi narahatlıq yaratmasın. Alış-veriş üçün münasib zaman deyil. Aldığınız mal, məhsul və ya əşya sonradan sizdə təəssüf hissi yarada bilər.
Günün ikinci yarısında aktiv olun. Enerjinizi məqsədə aparan yoldakı maneələrin dəfn olunmasına sərf edin.
Yaşam arealında rekonstruksiya aparın. Axşam saatlarında gərginlik və stressdən qurtula bilərsiniz. Romantik görüş olacaqsa, zahiri görünüşünüzə fikir verin.
Oxu24.com
ŞƏRHLƏR