Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64977
az

SON DƏQİQƏ! Yeni qərar var: Bu şəxslərə veteran adı verilib

11:3808 Fevral, 2022
769
CƏMİYYƏT
  • A

Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib

Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq, daha iki qurum - Ədliyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

“Müharibə veteranı” adı verilmiş həmin hərbi qulluqçular barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Nazirlik tərəfindən isə onlara müraciətləri olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada Azərbaycan Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Təqaüd 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.

Bundan əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin edilib.

Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatı üçün müvafiq işlər aparılır.

Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə başa çatacaq.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onları 7 minədək cərimə gözləyir - DYP-dən XƏBƏRDARLIQ
FHN COP29-a hazırlıqla bağlı işlərin böyük hissəsini yerinə yetirib
Azad edilmiş ərazilərdə daha 205 mina aşkarlanıb

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi