Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64767
az

Kimlərə çuğundur yemək olmaz? - Tərkibində xlor var

22:5804 Fevral, 2022
254
CƏMİYYƏT
  • A

Çuğundur olduqca faydalı tərəvəzdir, təzyiqi salır, qan dövranını yaxşılaşdırır, bağırsaqların işini tənzimləyir. Salatların, şorbaların, borşun əsas ərzağıdır.

Lakin çuğunduru müntəzəm və çox miqdarda yemək olmaz. Bəzi xroniki xəstələrə ümumiyyətlə bu zərərlidir.

Oxu24.com xəbər verir ki, həkim toksikoloq Mixail Kutuşov hansı hallarda çuğundurdan uzaq durmaq barədə açıqlama verib.

"Çuğundurun yeganə çatışmayan cəhəti onun tərkibində xlor olmasıdır. Ona görə onu çox və xüsusən çiy yedikdə, selikli qişaları, boğazı qıcıqlandıra bilər.

Bu səbəbdən allergik reaksiya da ola bilər.

Nəticədə limfa düyünləri şişə bilər, səpkilər ola bilər.

Çuğunduru mayonez və sarımsaqla birləşdirmək olmaz. Bu ürəyə ağır yükdür.

Kimlərə olmaz allergiyası olanlara, sidik kisəsi, böyrək daşı olanlara, mədəsində yanma, reflüks, qastrit, qıcıqlanmış bağırsaq sindromu, güclü köpməsi olanlara, böyrək çatışmazlığı olanlar, diabet xəstələri, ishal olanlar, aşağı təzyiqdən əziyyət çəkənlərə çuğundur çox hallarda təhlükəli ola bilər". /medicina.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır - ARAŞDIRMA
Timoşenko axtarışa verildi
Maqnit qasırğası başladı

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı