Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64654
az

ABŞ Səfirliyi açıqlama yaydı

13:1402 Fevral, 2022
339
CƏMİYYƏT
  • A

“Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edir”.

Bu barədə Oxu24.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“ABŞ Azərbaycan ilə iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsində 30 illik əməkdaşlığa yüksək dəyər verir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edirik”, - səfirlikdən deyilib.

Səfirlikdən bildirilib ki, ABŞ və Avropa İttifaqının dəhlizin reallaşdırılmasına verdiyi dəstək Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi, habelə ölkənin karbonsuzlaşdırılma və Avropaya qaz tədarükünün şaxələndirilməsi səylərinə dəstək ilə bağlı uzunmüddətli məqsədin bir hissədir.

SGC Məşvərət Şurasının 8-ci iclasına gəlincə, səfirlik ABŞ-ın bu tədbirdə səfirliyin nümayəndə heyəti, o cümlədən Azərbaycandakı səfir Örl Litzenberger, habelə iqtisadiyyat və energetika üzrə qrupun üzvləri ilə təmsil olunacağını açıqlayıb.

Qeyd edək ki, SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
Bu ölkələr hava məkanını bağladı
Şəmkirdə qanlı cinayət - Ölən var

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı