Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64456
az

Elman Rüstəmov: "Manatın məzənnəsi bu il stabil olacaq"

19:1828 Yanvar, 2022
275
CƏMİYYƏT
  • A

"Milli valyutanın məzənnəsi bu il stabil olacaq, manatın məzənnəsi qorunub saxlanılacaq".

OXU24.COM bildirir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.

Xatırladaq ki, "SP Global Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri bu yaxınlarda bildirmişdi ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - SP-nin analitikləri vurğulamışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı