Bakıda uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyülüb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb.
G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyin döyüb.
Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR