Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63723
az

İl yarım əvvəl Xaçmazda itkin düşən şəxsin sümükləri tapıldı

22:2210 Yanvar, 2022
263
CƏMİYYƏT
  • A

Xaçmaz rayonunda 14 gün əvvəl çay kənarında tapılan insan sümüklərinin kimə aid olduğu məlum olub.

OXU24.COM APA-ya istinadla xəbər verir ki, aşkarlanan sümüklərin 18 ay əvvəl itkin düşmüş Xaçmaz rayon sakini Məhəmməd Əsədullayevə aid olduğu müəyyənləşib.

Ötən ilin dekabrın 27-də Xaçmaz rayonu ərazisindən keçən Qudyalçayın sahilində naməlum insan sümüklərinin 1 il 6 ay əvvəl itkin düşmüş rayon sakini 45 yaşlı Məhəmməd Əsədullayevə aid olduğu ehtimal edildiyi üçün onun yaxınlarından analiz götürülərək Bakı şəhərinə göndərilib.

M.Əsədullayevin atası Rufulla Əsədullayev APA-ya bildirib ki, aparılan ekspertiza nəticəsində sümüklərin Məhəmməd Əsədullayevə aid olduğu müəyyən olunub.

Cəsədin qalıqları Xaçmaz Rayon Prokurorluğuna göndərilib, bu həftə ərzində ailəsinə təhvil veriləcəyi bildirilib.

M.Əsədullayevin qətlə yetirildiyi, yaxud digər səbəbdən ölməsi hələlik məlum deyil.

Araşdırma davam etdirilir.

Xatırladaq ki, rəsmi məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu 2020-ci ilin iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı