Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63709
az

Sərxoş molla qəbirstanlıqdan qovuldu? - VİDEO

20:0910 Yanvar, 2022
207
  • A

Sosial şəbəkələrdə içki içib sərxoş vəziyyətdə qəbirstanlıqda yasin oxuyan mollanın videogörüntüləri yayılıb. Söhbət Qaraçuxur qəbirstanlığının mollası iddia edilən Qürbət adlı şəxsdən gedir. Görüntülərdə "Hacı" deyə müraciət edilən şəxsin əvvəlcə hansısa kafedə içki içdiyi, daha sonra isə qəbirstanlıqda göründüyü əks olunur. 

İctimaiyyətdə birmənalı qarşılanmayan bu mənzərə dini inancı olan insanları da hiddətləndirib.

Hətta sosial şəbəkələrdə molla statusu daşıyan Qürbət adlı şəxsin Qaraçuxur qəbirstanlığından qovulması kimi çağırışlar da edilib. 

OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı bizim.media qəbirstanlığa cavabdeh qurum olan Qaraçuxur bələdiyyəsi ilə əlaqə yaradıb.

Bələdiyyə sədri İxtiyar Nəcəfov saytımıza açıqlamasında sözügedən şəxsin qəbirstanlığın mollası olmadığını deyib:

"O küçədə dayanır və rəhmətə gedənlər üçün yasin oxuyur. Həmin görüntüləri görməmişəm, amma belə bir videonun olduğunu eşitmişəm. O şəxsi qəbirstanlıqdan yalnız hüquq-mühafizə orqanları uzaqlaşdıra bilər. Bizə aidiyyəti yoxdur".

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə cavabında məsələnin həlli üçün bələdiyyə sədrinin quruma müraciət etməli olduğunu bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elektriklə işləyən
Niyə qadınların yaşını soruşmaq olmaz?
Yeməkdən sonra su içməyin

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda ticarət mərkəzindən oğurluq