Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63626
az

Azərbaycanlı tanınmış müğənni AĞIR QƏZA KEÇİRDİ - Daxili orqanları çıxarıldı - VİDEO

12:5508 Yanvar, 2022
4277
SON DƏQİQƏ
  • A

Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.

Milli.Az-ın əldə etdiyi məlumata görə müğənni gözlənilmədən yatağa düşüb. Bunun səbəbini öyrənmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Baba Dərələyəzli faktı təsdiq etdi.

O, yatağa düşmə səbəbi ilə bağlı Milli.Az-a bunları deyib:

"Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Biraz daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, biraz qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.

 

Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm".

Müğənni keçən il başına gələn iki ağır itkisi barədə də məlumat verib:

"Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük". 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bakıda bina yanır
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi
Rusiya yaxınlaşır— Ukrayna tərəfi təcili açıqlama yaydı

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı