Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63414
az

Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə...

21:0004 Yanvar, 2022
289
CƏMİYYƏT
  • A
Övladı tez-tez xəstələnən valideynlər, həmişə həyəcan, qorxu içində olurlar. "Görəsən uşağın immun sisteminde ciddi problem var?", "Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?", "Nə səbəbə belə tez-tez xəstələnir?" deyə özlərinə sual verirlər. Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. Bəs səbəb nədir? Uşaqlar niyə tez-tez xəstələnir? Pediatr Günay Rəsulova Sputnik.az-a açıqlamasında bildirir ki, ilk 6 aydan sonra uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar öz şəxsi immun sistemlərini qurmağa başlayırlar: "Tez-tez xəstələnən uşaq" termini 1 yaşa qədər ildə 4 dəfədən, 2-5 yaş arası isə ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara şamil olunur. Əslində, sağlam hesab edilən uşaq ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi, ildə 2-3 dəfəyə qədər mədə-bağirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq, hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var və onlar hər dəqiqə artır, mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəbdən də, uşaqlar məktəbə və ya bağçaya gedəndə yoluxur, ya da özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla tutularaq xəstələnir. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil. Bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı məkanlarda çox toplanmasıdır". Həkim bildirir ki, uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istiliyi (18-20 dərəcə) və nəmlilik təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz. "Sıx soruşulan suallardan biri də "övladımın burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, irəliləməsin" sualıdır. Cavab belədir: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirməyin, duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın" - deyə həkim bildirir. Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimalla, övladınız allergik uşaqdır. Xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır. Valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın heç bir səbəb olmamasına baxmayaraq, tez-tez xəstələnməsidir. Onlar uşağın xəstələnmə səbəbini tapa bilmirlər. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt uzun müddət xəstəxanada yatırlar. Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir? İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir. - Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər. - Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaksin" vurulsa yaxşı olar. - Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Banan çayının inanılmaz təsiri
Durov ELAN ETDİ: ""Telegram" bu yolda ilk addımı atdı" -Nə baş verir?
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI -FOTO

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto