Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63036
az

Dollar bahalaşacaq? - AÇIQLAMA - VİDEO

19:5524 Dekabr, 2021
293
DÜNYA
  • A

Son günlər ölkəmizdə dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər artıb. Buna səbəb Azərbaycanda və dünyanın bir çox ölkəsində qeyd ediləcək Yeni il bayramı ilə əlaqədar xarici valyutaya tələbatın artmasıdır.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, ilin sonu ilə əlaqədar büdcə xərcləmələrinin artması və köçürmələrin çoxalması nəticəsində dövriyyədə pul kütləsinin artması valyuta bazarına təzyiq yaradır. Lakin dolların bahalaşacağı ilə bağlı gəzən söz-söhbətlərin yəganə səbəbi bu deyil.

Onun fikrincə, Türkiyənin milli valyutası olan lirənin sürətlə ucuzlaşması cəmiyyətə psixoloji təsir edirdi və xarici valyutaya tələbi artırırdı: "Lakin artıq hər iki səbəb öz aktuallığını itirib. Neftin qiyməti yenidən artıb, lirə isə 35 faiz həcmində bahalaşıb".

Qeyd edək ki, hər ilin son günlərində xaricə səfərlər çoxalır. Həmçinin istehlak mallarının artması fonunda idxal da artır və nəticədə xarici valyutaya tələb çoxalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İSRAİL SAKİTLƏŞMİR: "İrana daha çox şey edə bilərik" -FOTO
Xoruza görə qonşularını məhkəməyə verdi
"Üç fil Amerikanı tapdalayacaq" - Vanqanın öncəgörənliyi gerçəkləşməyə başlayır?

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
İrandan Azərbaycana 10 kq narkotik keçirmək istədilər