Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.
OXU24.COM-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.
Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Oxu24.com
ŞƏRHLƏR