Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62999
az

Sabahdan Gəncə, Masallı və Ucarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq

20:4423 Dekabr, 2021
220
CƏMİYYƏT
  • A

Həmin mərkəzlərdə 19 şəhər və rayon üzrə şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri qəbul olunacaq

Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri və müharibə iştrakçılarının müraciətlərinin qəbulu məqsədilə dekabrın 24-də daha 3 şəhər və rayonda - Gəncə şəhərində, Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzlərdə 6-sı dövlət orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti), 19-u aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri olmaqla, 25 qurum tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Gəncə, Masallı, Ucar şəhərlərindəki ərazi filaillarının binasında fəaliyyət göstərəcək. Həmin şəhər və rayonlarla yanaşı, ətrafdakı bölgələr də daxil olmaqla ümumilikdə 19 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edəcək.

Gəncə şəhərindəki vahid əlaqələndirmə mərkəzində (Gəncə şəhəri, Atatürk prospekti 12A) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə,
Masallı rayonundakı vahid əlaqələndirmə mərkəzində (Masallı şəhəri, Heydər Əliyev prospekti, 38) Masallı, Astara, Cəlilabad, Lerik, Lənkəran, Yardımlı rayonları üzrə,
Ucar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ucar şəhəri, Nəriman Nərimanov küçəsi,11) Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə
vətəndaşların müraciətləri qəbul olunacaq.

Qeyd edək ki, bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən isə Abşerondakı DOST mərkəzində vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir və ötən dövrdə bu mərkəzlərdə 5700 şəxsə xidmətlər göstərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı