Avropa İttifaqı xarici agentlər haqqında qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın üzvlük ərizəsini dondurmağa hazırlaşır.
Bu barədə "Financial Times" yazıb.
Nəşr 3 avropalı rəsmiyə istinadən yazır ki, ölkə 2023-cü ilin dekabrında namizəd statusu alıb. Bundan əvvəl ölkə prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını bildirsə də, hakim partiyanın onu ləğv etmək üçün kifayət qədər səsi var.
Qeyd edək ki, Gürcüstanda qalmaqallı "xarici agentlər" qanununa etirazlar davam edir.
Oxu24.com
ŞƏRHLƏR