Mayın 16-da keçirilən iclasda Ermənistan hökuməti iyunun 11-dən avqustun 30-dək birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyaları üzrə qeydiyyatda olan sıravi, çavuş və ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışlarının keçirilməsi barədə qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, təlim-məşq toplanışına 4647-si sıravi və kiçik çavuş, 134-ü baş çavuş, 370-i ümumqoşun (motoatıcı, siqnalçı, kəşfiyyatçı, mühəndis), raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitlər olmaqla 5151-dək vətəndaş cəlb olunacaq.
Hər bir vətəndaş 25 təqvim günündən artıq olmayan müddətə elan edilmiş təlim-məşq toplanışlarına cəlb olunacaq.
Oxu24.com
ŞƏRHLƏR