Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62661
az

İlkin Süleymanovun məhkəməsində Nərmin Quliyevanın əmisi ifadə verib

19:5215 Dekabr, 2021
274
KRİMİNAL
  • A

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi Lətif Quliyev ifadə verib.

Təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran L.Quliyevin verdiyi ifadə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edib.

Belə ki, məhkəmədə verdiyi ifadə də həmin gün evdə kimlər olub sualına cavab verən zaman böyük oğlunun da evdə olduğunu bildirib. Lakin istintaq zamanı böyük oğlunun adını çəkməyib. Buna səbəb olaraq isə bildirib ki, istintaq zamanı onun böyük oğlunun evdə olub-olmadığı barədə ondan soruşulmayıb.

Nərminin itkin düşdüyü gün siz harda idiz sualına isə evdə olduğunu lakin onun evə gəlib-getməsindən xəbərsiz olduğunu bildirib.

"Nərminin itkin düşdüyü gün çöldə oynayan oğlumu da çağırıb nahar etdik və sonra isə mən yatdım. Oyanan da mənə kiçik oğlum bildirdi ki, Nərmin gəlib evdən gödəkçəni götürüb gedib. Mən sonra ciyər axşamına gedib, orada iştirak etdim. Hətda böyük oğlum da ora gəlmişdi onu geri qaytardım ki, çoxluq olmasın", - deyə L.Quliyev bildirib.

O, Nərminin itkin düşdüyü xəbərini isə həyat yoldaşından eşitdiyini deyib.

Qeyd edək ki, L.Quliyevin ifadəsi növbəti məhkəmədə də davam etdiriləcək. Məhkəmənin növbəti iclası isə dekabrın 22-sinə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda ağır qəza - Azyaşlı öldü
Maşın 50 yaşlı kişini vurub öldürdü
Sabunçudakı tuneldə 2 nəfərin boğulub ölməsi ilə bağlı    Prokurorluqda iş açılıb

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü