"The Washington Post"un köşə yazarı Camal Haşoqqinin qətlə yetirilməsi ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın "New York Times" qəzeti dünyaya səs salan qətllə bağlı yüksək türbəli generalın həbsinə hazırlıq getdiyi barədə sensasion məlumat yayıb. Qəzetin bildirdiyinə görə, həmin general şahzadə Məhəmməd Salmana yaxın şəxs olan general Əhməd Əl Nasiridir.
Amerikan qəzeti daha sonra iddia edib ki, jurnalistin qətlindən Səudiyyə Ərəbistanının yüksək rütbəli məmurlarının şəxsən xəbəri olub.
"New York Times" qəzeti iddia edib ki, şahzadə Məhəmməd ibn Salman generala jurnalistin tutulmasını və cəzalandırılması göstərişini verib."General isə bunu səhv anlayaraq Kamal Kaşıqçını dəhşətli dərəcədə cəzalandırıb", deyə qəzet yazıb.
Qeyd edək ki,oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda əzab verilərək öldürülüb və hissələrə ayrılaraq kimyəvi maddə ilə yandırılıb.Bu məsələ günlərdir dünya mediasının əsas müzakirə obyektidir.
(General Əhmed el Assiri)
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Belqrad meşəliyində səudiyyə ərəbistanılı müxalif jurnalist, “Vaşinqton post” qəzetinin itkin düşən əməkdaşı Camal Qaşıqçının meyitinin axtarışlarını həyata keçiriblər.
Təhlükəsizlik kameraları jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdiyi və orada itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin həmin istiqamətdə hərəkət etdiklərini qeydə alıb.
Meşəyə gələn kriminalistlər bütün kamera qeydlərini toplayaraq, axtarış aparıb. Bu qeydlər tam araşdırıldıqdan sonra polisin müəyyən bir ehtimal üzərində dayanacağı gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR