Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75375
az

Ermənistana girişi qadağan edilən Zatulindən açıqlama - “Bu təhqirdir”

22:5525 Oktyabr, 2022
134
DÜNYA
  • A

"Ermənistana girişimə qadağa qoyulmasını təhqir hesab edirəm. Bu, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Rusiyada keçiriləcək üçtərəfli görüşü fonunda tətbiq edilib".

OXU24.COM  teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistana girişinə qoyulan QADAĞA-ya münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, qərar onun dediyi sözlərin Ermənistana zərər vurması ilə əsaslandırılıb. Zatulin Ermənistan hakimiyyətinin qərarının onun "ermənipərəst fəaliyyətinə" təsir etməyəcəyini deyib və Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə qarşı hərəkətlərini xəyanət adlandırıb.

Zatulin xatırladıb ki, o, hər zaman Ermənistanla münasibətlərin inkişafının tərəfdarı olub və vaxtilə Dövlət Dumasında "erməni soyqırımı"nın tanınmasının təşəbbüskarı olub. Deputat Ermənistan parlamentindən müvafiq nota aldığını bildirib. "Onlar mənim səfərimi arzuolunmaz adlandırdılar". Mən bunu Ermənistan hakimiyyətinin nümayəndələrinin də dəvət olunduğu "Lazarev Klubu"nun sessiyasını pozmaq cəhdi kimi qiymətləndirirəm".

Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistanı Rusiyanın müttəfiqindən Qərbin müttəfiqinə çevirməyə çalışır. Zatulin Rusiyanı öz vəzifələrini yerinə yetirməməkdə ittiham etmək cəhdini manipulyasiya adlandırıb və Qarabağda Rusiya sülhməramlılarının olduğunu xatırladıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis insanlara atəş açdı: Ölənlər var - FOTO
Ermənistana girişi qadağan edilən Zatulindən açıqlama - “Bu təhqirdir”
Yüksək vəzifəli azərbaycanlı ər-arvad öldü - 4 nəfər...