Rusiyalı jurnalist Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Artem Turov "Telegram" kanalında məlumat verib.
"Rusiya vətəndaşlarının Moldovaya buraxılmaması ilə yanaşı, başqa bir maraqlı epizod da var. Həmin gecə Kişinyov-Moskva reysi ilə uçan rusiyalı jurnalist Semyon Peqov Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidməti (SIS) tərəfindən saxlanılıb", - Turov qeyd edib.
Deputat deyib ki, Peqov Dnestryanı münaqişənin tarixini, baş verən hadisələri, onun nizamlanmasında Rusiya Federasiyası və Rusiya sülhməramlılarının rolu haqqında süjetlər çəkib:
"SİB əməkdaşları onun telefonlarında, noutbukunda, digər avadanlıqlarında axtarış və araşdırma aparıblar".
Qeyd edək ki, rusiyalı hərbi jurnalist "WarGonzo" layihəsinin yaradıcısıdır. O, Abxaziyanın Suxum şəhərində "Abaza TV"nin müxbiri işləyib, burada digər işlərlə yanaşı, tanınmamış respublikanın Gürcüstanla münaqişəsini işıqlandırıb.
O, həmçinin LIFE.ru saytının müxbiri kimi çalışıb. Ukraynanın şərqindəki münaqişəni işıqlandırıb.
Oxu24.com
ŞƏRHLƏR