Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62588
az

Azərbaycanda yeni qadağalar qüvvəyə minir: saat 23:00-dan sonra... VİDEO

11:5114 Dekabr, 2021
509
REDAKTORUN SEÇİMİ
  • A

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış binaları ilə bağlı yeni normalar təsdiq edib. Mənzillərdəki otaqların sahəsindən tutmuş binalarda fəaliyyət göstərəcək müxtəlif təyinatlı obyektlərlə bağlı yeniliklər nəzərdə tutulur. Bəzi binaların kürsülük hissəsində və ya birinci mərtəbələrində müxtəlif təyinatlı tibb məntəqələrinin fəaliyyət göstərdiyi məlumdur. Yeni normalarda buna yol verilmir. Bundan əlavə binalarda yerləşən  mağazaların yalnız saat 23:00-a qədər işləməsinə icazə verilir. 

Ölkəmizdə inşa ediləcək yaşayış binaları ilə bağlı yeni normalar müəyyən edilib. Dövlət şəhərsalma və arxitektura komitəsinin təsdiq etdiyi yeni qaydalara görə insanlara zərərli təsir göstərən obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir. Partlayış və yanğın təhlükəli maddə və materialların, avtomobil şinlərinin, sintetik xalça məmulatlarının satıldığı obyektlərin fəaliyyəti qadağan edilir. Bura ixtisaslaşmış balıq mağazalarının da fəaliyyəti daxildir. 

Yeni qaydalarda əlilliyi olan şəxslər də nəzərə alınıb.

Binalarda həmçinin uşaqlar üçün dərnək və əyləncə otaqlarının yerləşdirilməsinə yol verilməyəcək. Yalnız Tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir

Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə və doğum şöbələrinin, dispanserlərin bütün növlərinin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların yerləşdirilməsinə də yol verilmir. 

Bundan əlavə otaqların və mətbəxin hündürlüyü 2,7 metrdən, mənzildaxili dəhlizlərin hündürlüyü isə 2,1 metrdən az olmamalıdır. Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir. 

Yeni qaydalarla otaqların minimum sahələri də təsdiq edilib. Belə ki, birotaqlı mənzillərdə ümumi otağın sahəsinin 15, 2 və daha çox otaqlı mənzillərdə 16, yataq otağı və mətbəxin sahəsinin isə 8 kvadrat metrdən az olmaması təsdiq edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Sahil Babayev rəsmən açıqladı:Minimum əməkhaqqı və pensiyalar artırılacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ –QAR GƏLİR…

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü