Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62506
az

Düşmən sərhədə hərbi texnika yığır - Müharibə hazırlığı gedir?

08:4812 Dekabr, 2021
1636
CƏMİYYƏT
  • A
Son günlər artan təxribatlar Brüssel görüşü (15 dekabr) öncəsi gözlənilən idi. Noyabrda Rusiyanın təşkilatçılığı ilə iki dəfə görüşlərdən imtina edən Nikol Paşinyanın məqsədinə çatmaq üçün Azərbaycan Prezidenti ilə Avropanın göbəyində görüş keçirmək istəyi təsadüfü deyil. Rusiyanın orbitindən çıxmaq üçün Ermənistan baş nazirinin yaxın aylar ərzində daha da səylə "çalışdığı" sirr deyil. Amma 44 günlük müharibə ilə Rusiyanın Ermənistanda mövqelərini daha möhkəmləndirdiyi üçün Paşinyanın manevr imkanlarının məhdudlaşmağa doğru getdiyini deyə bilərik. Nəticədə, əslində Sorosun (Qərb) layihəsi kimi hakimiyyətə gəldiyi zaman qarşısına Ermənistanı bütünlüklə rusun caynağından xilas edib Avropaya inteqrasiya yolunu seçən Paşinyan, Azərbaycanla apardığı haqsız savaşda məğlub olduğu üçün xilası müşkülə çevrildi. Demək olar ki, ağır məğlubiyyətdən sonra Nikol Paşinyan Ermənistanın Qarabağsız xarici siyasət konsepsiyasını qurmağa çalışır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun 30 illik işğala son qoyması və postkonflikt dövründə də bütün mövqelərdə üstünlüyü ələ keçirən rəsmi Bakı bunu Paşinyana məcbur etdi. Qarabağın dağlıq əraziləri ilə bağlı Azərbaycana qarşı torpaq iddialarından əl çəkməyən Ermənistan rəhbərliyi və revanşist qüvvələr qarşılarında daha güclü arqument gördülər. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı fərmanı erməniləri Zəngəzurun Qərb hissəsi ilə bağlı məsələdən narahatlığını artırdı. Qərbi Zəngəzurun da tarixi Azərbaycan torpaqları olduğunu və bunun tarixi ilə bağlı son açıqlamalarında dolğun şəkildə informasiya verən İlham Əliyev bu çıxışları ilə rəsmi İrəvanı yeni gündəm müzakirəsinə məcbur etdi. Son olaraq isə Ermənistan parlamentinin "Mənim şərəfim var" fraksiyasından olan deputat Anna Mkrtçyanın ötən gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndindən sitat gətirərək ("Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti həyata keçirir". - red.) "İndi sual yaranır: bu bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?" deməsi ermənilərin növbəti xülyalarının, arzularının üstündən xətt çəkdi. Baş nazir Nikol Paşinyan isə Mkrtçyana cavabında bildirib ki, Ermənistan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır: "Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir". Göründüyü kimi Ermənistan rəhbərliyinin ziddiyətli açıqlamaları bir-birini əvəz edir. Əgər dünənə kimi Paşinyan dəhliz məsələsinə qarşı çıxdığını deyirdisə, bu gün artıq dəhlizin vacibliyindən danışır. Bu gün Ermənistanı tək düşündürən Zəngzəur dəhlizi ilə bağlı məsələnin onların arzuladığı kimi yekunlaşmasıdır. Amma Azərbaycan formalaşdırdığı reallığı yaratdığı gündəlik əsasında inkişaf etdirmək niyyətindədir Azərbaycanın Zəngəzur dəhlizində tunellərin tikintisinə başlaması belə deməyə əsas verir. Oktyabr ayında təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 6 kilometr olan ümumilikdə üç tunelin tikintisi nəzərdə tutulub. Layihəyə əsasən, yolun ümumi uzunluğu 124 km-ə yaxın olacaq, onun üzərində 23 avtomobil körpüsü, 8 yol qovşağı, 55 yeraltı və yerüstü keçid tikiləcək. Rəsmi Bakı işləri tam sürəti ilə davam etdirir. Azərbaycan və Türkiyə Prezidentlərini təşəbbüsü ilə "Altılıq formatı"nın (Rusiya, İran, Türkiyə+Azərbaycan, Gürcüstan, Ermənistan) ilk iclasının başlaması üçün son hazırlıqların davam etməsi də (dekabrın 10-da Moskvada) deyilənlərə bir sübutdur. Ermənistan rəhbərliyi isə Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlərdən daxili auditoriyasının və revanşist qüvvələrin diqqətini yayındırmaq, eləcə də Rusiyadan asıllığı ən pis halda azaltmaq məqsədilə Qarabağda, Şərqi Zəngəzur istiqamətində təxribatlarına ara vermir. Rəsmi İrəvan Brüssel görüşünə kimi hər iki məqsədinə nail olmaq üçün mümkün qədər vəziyyəti gərgin saxlamağa çalışır. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atması da bu prosesin bir hissəsidir. Ermənistan yeni müharibə istəyir?! Təbii ki, xeyr. Bununla Paşinyan sərhəddəki vəziyyəti daha da gərgin saxlayaraq dekabrın 15-dəki görüşə əlini daha güclü etmək niyyətindədir: "Bölgədə müharibə şəraiti höküm sürür", "Münaqişə səngiməyib", "Rus sülhməramlıları sülh yaratmaq prosesinin öhdəsindən gələ bilmir. Sən gəl, Qərb", "Azərbaycanla belə bir vəziyyətdə sülh sazişinin imzalanması mümkünsüzdür". Paşinyan bu bəhanələri özünə arqument seçərək həm də üçtərəfli bəyanatları "iptal" etmək, Soçi görüşünün əhəmiyyətini suya atmaq fikrindədir. Lakin bunların heç birinə Moskva da imkan verməyən əsas tərəf olacaq. Çünki bölgədə vəziyyətin gərginləşdiyi, aralarında müharibə iddialarının durmadan artdığı Ukrayna ilə hətta II Dünya Müharibəsinə belə səbəb ola biləcəyi ehtimalı yüksək olan Rusiya üçün bu, arzuolunmazdır. Göründüyü kimi, bütün ümidini Avropa səfərinə bağlayan Paşinyan, Minsk Qrupunun yenidən bölgənin siyasi gündəmində fəal yer alması üçün Qərbin dəstəyini alacağını, Bakını razılığa gətirməyi bacaracaqlarını düşünsə də unudur ki, Prezident İlham Əliyev 30 ilə yaxın müddət ərzində separatçıları işğala son qoymağa deyil, əksinə status-kvonun dayanıqlığının artırılmasına xidmət edən fəaliyyət nümayiş etdirən ATƏT-in Minsk Qrupunun yenidən eyni ssenarini təkrarlaması üçün şans verməyəcək. Azərbaycan 44 günlük müharibə ilə yaratdığı əlverişli vəziyyətdən maksimum yararlanmağı hədəfləyib. Rəsmi Bakı bir daha Minsk Qrupunun həmsədr ölkələrinin hər hansı bitmiş, bağlanmış, gorbagor olmuş, artıq unudulmaqda olan "status", "münaqişə" "Dağlıq Qarabağ" kimi terminləri yenidən gündəm etməsinə imkan verməyəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazir UNESCO-nun Qlobal Təhsil Görüşündə- Fotolar
ADY gücləndirilmiş iş rejminə keçdi
Bakıda ən uzun avtobus dayanacağı burada olacaq- Fotolar

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto