Balıq tutmağa getmişdi, amma evinə bəd xəbəri gəldi. Lənkəranda balıq tutub evinə qayıdan kişi kanala düşərək boğulub ölüb.
Balıq tutmaqdan qayıdan velosipedçi su kanalına düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
OXU24.COM xezerxeber.az-a istinadən bildirir ki, bədbəxt hadisə dünən axşam saatlarında Lənkəran rayonunun Vilvan kəndində baş verib. Balıq ovundan evə qayıdan 59 yaşlı Qurbanəli Cəfərov velosipedlə hərəkətdə olarkən müvazinətini itirib və su kanalına yıxılıb.
Qurbanəli Cəfərovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR