Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62398
az

SON DƏQİQƏ! ÜST Azərbaycanda koronavirusla bağlı açıqlama verdi

20:2009 Dekabr, 2021
724
SON DƏQİQƏ
  • A

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

Hande Harmancı COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. O bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir.

H.Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. “Son zamanlar mütəxəssislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”, - ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib. O, COVID-19 virusunun yeni ştamlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında "Delta-M" və "Omikron" ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı, Azərbaycanda hələ ki "Omikron" ştamına rast gəlinmədiyini də qeyd edib.

Görüşdə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihələrinin icra edildiyi şəhər rəhbərinin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, sabah Gəncə Tibb Kollecində sözügedən layihələr çərçivəsində konfrans baş tutacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onları 7 minədək cərimə gözləyir- DYP-dən müraciət
Qar yağacağı gözlənilir — Sabahın havası
Əhalinin NƏZƏRİNƏ:İçərişəhərə bu tarixdən giriş məhdudlaşdırılır

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
İrandan Azərbaycana 10 kq narkotik keçirmək istədilər