Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62382
az

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Bu şəxslərə pul verməyin - VİDEO

18:2909 Dekabr, 2021
225
CƏMİYYƏT
  • A

Bakıda sovet dövründən qalmış çoxmənzilli yaşayış binalarının bir qismini hələ də Mənzil Kommunal İstismar Sahələri idarə edirlər. Müəyyən xidmətlər müqabilində onlara ödəniş edilir. Millət vəkilləri və ekspertlər bildirirlər ki, Mənzil İstismar Sahələrinin ödəniş toplamaq hüququ yoxdur. Bir neçə il bundan əvvəl müvafiq qanunvericiliyə edilmiş dəyişikliklə bu səlahiyyət ləğv edilib. Bəs görəsən hazırda fəaliyyət göstərən Mənzil İstismar Sahələri bu məsələni necə şərh edirlər ?

Milli.Az bildirir ki, sovet dövründə tikilib istifadəyə verilmiş çoxmənzilli binaların bir hissəsi hələ də Mənzil Kommunal İstismar Sahələrinin balansındadır. Vətəndaşlar binaların həyətlərinin təmizlənməsinə görə bu qurumlara ödəniş etdiklərini deyirlər.

Millət vəkili Nurlan Həsənov deyir ki, sakinlər Mənzil İstismar Sahələrinə ödəniş etmələri qanuni deyil. Onun sözlərinə görə bir neçə il bundan əvvəl qanunvericiliyə edilmiş dəyişiklikdən sonra onların bu səlahiyyəti aradan qaldırılıb.

Ekspertlər bildirirlər ki, ''dövlət və ictimai mənzil fondun özəlləşdirilməsi haqqında'' qanunda edilən dəyişikliyə əsasən mənzil istismar sahələri yalnız sahə mükiyyətçilərinin bununla bağlı qərarı əsasında idarəetməni həyata keçirə bilərlər. Yaşayış sahəsinin saxlanması üçün hansısa vəsaitin ödənilməsi idarəetməni həyata keçirən qurumla müvafiq xidmət müqaviləsində öz əksini tapmalıdır. Əgər müqavilə yoxdursa, vəsaitin toplanması qanunsuzdur.

Məsələyə münasibət bildirən Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov deyir ki, Mənzil İstismar Sahələrinin başlıca vəzifəsi sovet dönəmindən qalan binaların idarə olunmasıdır. Bildirib ki, bina sakinləri Müştərək Cəmiyyət yaratmadıqları üçün hazırda bu proses Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilir.

Elçin Həşimov qeyd edib ki, vətəndaşlar müştərək cəmiyyət yaratsalar, onda Mənzil İstismar Sahələri fəaliyyətini dayandıracaq.

Mövzu ilə bağlı Xəzər TV-nin hazırladığı sujeti təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi